Zidandan Çempionlar Liqası finalı öncəsi mühüm açıqlama
"Real"ın baş məşqçisi Zinəddin Zidan "Atletiko" ilə Çempionlar Liqasının final matçına hazırlıq prosesi ilə bağlı fikirlərini bildirib. "Marca"nın verdiyi xəbərə görə, komandanın vəziyyətindən danışan mütəxəssis bunları söyləyib:
"Kriştiano Ronaldonun heç bir problemi yoxdu, bu, tamamilə dəqiqdi. O, finala tam hazır olacaq.
Bizim bütün oyunçularımız yaxşı formadadı. Xames və Arbeloa özünü daha yaxşı hiss edir. Tək itkimiz Rafael Varandı.
Dieqo Simeone gözləyir ki, biz əks-hücumda oynayacağıq? Şənbə gününə qədər gözləyin, hər şeyi görəcəksiz.
Belə bir görüşdə "Atletiko"ya uduzmaq ağır olacaq? Mən belə deməzdim. Finalı uduzmaq hər halda ağırdı. Amma bu haqda düşünmürəm, mənim işim komandamı oyuna hazırlamaqdı".
"Real" və "Atletiko" arasında final oyunu mayın 28-də, İtaliyanın Milan şəhərində keçiriləcək.