Ulya

Ulya Şeirlər 9-08-2018, 21:30

Yetimliyin yaşı yoxdur ay Ata

Yetimliyin yaşı yoxdur ay Ata



Sənsizlikdən talan olan ömrümün
Ovxalanmış xırdalanmış ömrümün
Həsrətindən oda dönmüş ömrümün
Yazı yoxdyr qışı yoxdur ay ata!!!

Sonu boşa çıxmış olan dünyanın
Ölümlü itimli yalan dünyanın
Bu matəm libası yalan dünyanın
Dgı yoxdur daşı yoxdur ay ata !!!

Günüm keçər həsrətinlə savaşda
Konlüm intizarda ruhum təlaşda
Deyirlər ki yetim olmaz bu yaşda
Yetimliyin yaşı yoxdur ay ata !!!

Tale məni çox sınaqda sınayıb
Yaralarım köz - köz olub qanayıb
Məni fələk belə yaman tanıyıb
Özgələrlə işi yoxdur ay ata !!!
Yetimliyin yaşı yoxdur ay Ata

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
529 493 507 542 497 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.