♥Мой Мир♥

♥Мой Мир♥ Sevgi 29-05-2016, 20:00

Sən də Artıq Getmək istəyirsənsə, Get

Sən də Artıq Getmək istəyirsənsə, Get

Bu içində "sən" keçən cümlələrimin ən "sonuncusu" olacaq, deyərək başlayıram həmişə hər qələmimə toxunduğunda əlim..
Nə "Sən" siz olur, nə "Son" suz...
Artıq get istəyirsən.
Fikirimdən, düşüncəmdən, bütün keçmişimdən, gələcəyimdən, "Mən" dən, "Biz" dən.
Artıq tək başıma yazmalıyam öz hekayəmi. Özüm qoyub nöqtələrini, özüm silməliyəm vergüllərini.
Bütün cümlələrimin mübtədalarından silinməli adın, keçmiş zamanda qalmalı yaşanan hər şey.
Mən çoxdan keçdim "Biz"dən..
Sən də artıq get istəyirsən...

Mən yoxluğunu daha ağır hesab edərkən illərdir, halbuki varlığın daha ağırmış mənə.
Günlərdir sözlər düyünlənir boğazımda, tıxanır nəfəsim.
Hər kəsə, hər şeyə susdum amma, bilsən necə çətindir sənə susmaq.
Bir şeyi görüb toxuna bilməmək, kimsələrə izah edə bilməmək içindən keçənləri, sıxışıb qalmaq mücərrədlənmiş bir zamanda,
Bu qədər kütlənin arasında tək-tənha hiss etmək özünü.
O qədər səssizcə bitirəm ki, səsimin əks-sədası qırır bütün bədənimi.
İndi sən də get istəyirsən...

Hıçqırıqlara boğulsun bu şəhər ardından, coşub sahilə vursun dalğaları dənizin, bütün səki daşları şahid olsun gedişinə.
Qışqırıqlar atsın çiyininə söykənib bir hüzn, bir neçə damla gözyaşıyla dinlədiyim bütün mahnılar..
İtsin səmanın maviləri, heç bitməsin soyuq, hirsli gecəm.
Ulduzlar bir-bir düşüb səmadan, itirsinlər işıqlarını.
Mən çıxıb öz həyatımın içindən, səssizcə, heç yoxmuşam, heç olmamışam kimi qarşıdan izləyim yalnız bütün olan bitəni..
Fikir vermə gözyaşlarıma. Baxma arxana..
Get, istəyirsən elə bu an GET...


Sən də Artıq Getmək istəyirsənsə, Get

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
836 768 675 723 765 704

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.