♥Мой Мир♥

♥Мой Мир♥ Maraqlı 31-05-2016, 21:09

Etiraf edirəm ki

Etiraf edirəm ki

Sən demə bütün uşaqlıq xatirələrimiz təsadüfi deyilmiş.Bəzən uşaqlığımızın ən uzaq bir guşəsindən elə dəqiqliklə xatırladıqlarımız olur ki.Bunu izah etmək olmur.


Bunun açıqlamasını axtarmaq da lazım deyil.

Deməli həmin hadisə yaddaşa xüsusi yazılır və sonralar həyatımızda bəlkə də vacib bir rol oynayır.


Etiraf Edirəm ki...
Bu kəlmə əminəm ki, hər kəsin ürəyindən nə zamansa keçib. Bəlkə elə indi də keçir. Həyatımızda həmişə yaşadığımız elə bir məqam olub ki, onu yaxınlarımıza, doğmalarımıza hətta özümüzə belə etiraf etməkdən çəkinmişik. Bilsək belə qəbul edə bilmədiyimiz və ya qəbul etmək istəmədiyimiz...
Ancaq zamanla nə qədər səhv və ya doğru etdiyimizi anladığımız, kaş ki zamanında ETİRAF ETSƏYDİK deyə düşündüyümüz vaxtlar azmı olub? Düşünürəm ki YOX!
Ancaq ən önəmlisi bilirsinizmi nədir, Əlini vicdanına qoyub üzərindən zaman keçməsinə baxmayaraq etiraf etməyi bacarmaqdır. Mən zamanında bunu doğru bildiyim üçün etmişəm və ya səhv olduğunu bilə bilə etmişəm.


Bəzi etirafları xatırlayıram...
Dost etirafı...Dost üçün kürəyimi körpü etməyə hazıram,yetər ki təmiz ürəyini daşıyan ayaqlarla keçsin.

Sevgi etirafı... Allah iki göz verib mənə... biri dünyanı biri səni görmək üçün
Allah iki əl vermiş mənə... bir ümüdləri biri səni tutmaq üçün
Allah iki ayaq vermiş mənə... biri sevgiyə biri sənə çatmaq üçün
Allah bir ürək vermiş mənə... yalnız səni, sadəcə səni sevmək üçün
Hələ də sevirəm mənimlə danışmasan da, məni bağışlamasan da
Hər keçən saniyə səni daha çox sevirəm və sevəcəyəm də...
Allahdan sonra tək gerçəyimsən..



Bir qızın etirafı...Oğlanla münasibət qurarkən ilk düşündüyüm şey onun əsgərliyə gedib gəlmiş olmasıdır.Münasibət quracağım oğlanın əsgərliyə gedib gəlmiş olmasını istəyirəm.

Bir oğlanın etirafı... Etiraf edirəm ki,lap dərdindən öldüyüm qızı da əldə edən kimi ona marağım azalır.

İncik bir qəlbin etirafı…. ..Etiraf edirəm ki,nifrət etməyi bacarıram.Həm də necə.Bir dəfə gözümdən düşən adama qarşı ömrü boyu münasibətim dəyişmir.Bu məndən asılı deyil.Hal hazırda da bifrət etdiyim insanlar var.

Ümidsiz birinin etirafı...Neçə dəfə sevgi etirafı etmək istəmişəm, amma qorxmuşam ki düzgün olmayan insana edərəm bu etirafı.


Sevgiyə inanmayan insanın etirafı...Sevməyi sevmirəm.Onsuz da hamısının sonu bir nəticə ilə bitir-ayrılıq

Rəfiqəmin etirafı..6 yaşım olanda kəndə nənəmgilə getmişdim.Şeir söylə dedilər söylədim.Gözləri yaşarınca güldülər.

Bir məşhurun etirafı...7 yaşım olanda valideynlərim məni idman məktəbinə verdilər-karate üzrə.15 yaşımda artıq yaşıl kəmərim vardı.Məktəbin ən krutoy oğlanı idim.Bütün qızlar arxamca baxırdılar.

Bir xoşbəxtin etirafı...Yay yağışlarını sevirdim.Rəfiqəmlə həmişə evdən uzağa qaçırdıq,Ətrafımızda oğlanlar daha çox olurdu.Yaxınlıqda çiçəklər olmurdu.Çəmənlikdə kəpənəkləri tutub bankaya salırdıq(indi cox təəssüf edirəm buna)çiçəklərdən çələng hörüb başımıza qoyurduq,özümüzü şahzadə hiss edirdik sanki)))Xırda sığallı daşları,bəzəkli şüşələri yığırdıq.Evə gələn kimi dayımın yoldaşı əlimdən alıb atırdı.Ay qız Bakıya zir-zibil daşıyacaqsan?


Bir dəfə də yağış yağırdı,biz də qışqıra qışqıra şeir oxuyurduq.Yağış bitənəcən oxuduq.Bütün islanmışdıq.Amma heç vecimizə deyildi.Elə xoşbəxt idim ki.Hələ də yadımdadır,ayaqlarımı yandıran isti asfalt və elə o andaca da ayağı sərinlədən damcıların hissiyatı,yağışdan sonar gələn torpaq ətri və gölməcələrin parıltısı.

Yağış xoşbəxtliyimin adı olub həmişə.

Bir qürurlunun etirafı... - Etiraf edirəm ki, cəmiyyət içində ağlamağı, kövrəlməyi çox istəməsəm də, tək olanda ağlamağıma sərhəd qoymuram.


Bir eqoistin etiraf... Etiraf edim ki zəif insanların əzilməsi xoşuma gəlir. Etiraf edim ki məndən nifrət edən insanları sevirəm.Vallah sevirəm .Çünki ən qüvvətli sevgilərin nifrətdən yaradığına inanıram.Mənə nifrət edin Cənablar!

Etiraf edirəm ki, neçə ildir ailəmdən ayrı yaşasam da indi də atamın zəhmindən qorxuram və həm də o zəhmi sevirəm.


Etiraf edirəm ki

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
806 763 678 694 709 592

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.