_Yene_Tenha_

_Yene_Tenha_ Maraqlı 11-08-2018, 18:48

Cəfər Cabbarlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub - FOTO

Cəfər Cabbarlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub - FOTO


Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Bu günlərdə layihə üzrə görkəmli dramaturq, şair Cəfər Cabbarlının "Aslan və Fərhad", "Mənsur və Sitarə", "Əhməd və Qumru", "Parapetdən Şamaxı yoluna qədər", "Müfəttiş", "Çocuq", "Altun heykəl", "Qara Qənbər", "Gülzar", "Dilarə", "Dilbər", "Papaq", "Gülər" və "Füruzə" hekayələrindən ibarət kitab nəşr olunub. Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilən və "Sevinç Fırat Zengin Yayıncılık" nəşriyyatında çap olunan kitab türkiyəli oxucuların marağı ilə qarşılanıb.

Qeyd edək ki, Türkiyənin "Sabah" qəzetinin iyul ayının "Kitab" əlavəsində "Azərbaycan kitablarının Türkiyədə yüksəlişi" adlı məlumatda Cəfər Cabbarlının "Hekayələr" kitabı öz əksini tapıb.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
473 563 489 431 426 545

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.