_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 12-08-2018, 18:53

“Instagram”da nə qədər reklam postu yayımlanıb?

“Instagram”da nə qədər reklam postu yayımlanıb?


"Instagram"da reklam postlarının sayı 1,5 dəfə artıb. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında "Instagram"da sponsorlu və reklam postlarının həcmi ötən ilin anoloji dövrü ilə müqayisədə 44% artıb.

Bu barədə "The Drum" portalı "Buzzoole"un araşdırmasına istinadən xəbər verir. Bu dövrü üçün reklam postları 559 000 dəfə yayımlanıb. Hər post üçün cəlb olunan reaksiya isə 1000 olub.

"Instagram"da ən çox reklam postları edən edən brendlər moda markaları (33,35%), kosmetika markaları (13%) və qida məhsulları üzrə olan brendlər (13%) olub. Bu kateqoriyalar reklam kontentinin təxminən 60%-ni təşkil edib.

Həmçinin populyar reklam postları isə: Aksessuarlar (12,5), texnika (10,5%), səyahət və əyləncələr (5,5%), avtomobillər (3,5%) üzrə qeydə alınıb. Reklam postlarına auditoriyanın cəlb olunmasına görə, moda markaları (36,1%) digər kateqoriyalar ilə müqayisədə liderlik mövqeyindədir. İkinci sırada isə 16,1% ilə aksessuarlar qərarlaşıb. Bu istiqamətdə digər markalar isə qidalanma (12,5%), kosmetika (12,1%), texnika (11,7%), əyləncə (3,5%), səyahət (3,1%) və avtomobillər (2,7%) üzrə olub.

Tədqiqatın aparılması üçün "BlogMeter" xidmətindən istifadə olunub. Xidmət #ad və #sponsored həştəqi ilə yayımlanan postları hesablayıb. Araşdırma aparılan zaman, "Instagram Stories"də reklamın yerləşdirilməsinin yeni formatı nəzərə alınmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
585 589 578 579 603 484

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.