_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 13-08-2018, 08:40

“Snapchat”ın yenidən dizayn olunması ona baha başa gəlib

“Snapchat”ın yenidən dizayn olunması ona baha başa gəlib


Snap 2018-ci ilin ikinci rübü ilə bağlı maliyyə hesabatını açıqlayıb. Hesabata görə, qeyd olunan dövrdə kompaniyanın gəlirləri 44% artıb və illik ifadədə 262 milyon dollara çatıb. Şirkətin zərəri isə 353 milyon dollar olub.

Gün ərzində "Snapchat"ın aktiv istifadəçilərinin sayı 2% azalaraq, 191 milyon nəfərdən 188 milyon nəfərə (azalma 3 milyon nəfər) düşüb.

Bu, hal əvvəlki rüblə müqayisədə şirkətin tarixində ilkdir. Buna baxmayaraq, şirkətin illik auditoriyasının sayı 8% artıb. İstifadəçi bazasının azalması əlavənin yenidən dizayn olunması ilə bağlıdır. Belə ki, bir sıra insanlar tətbiqdən istifadənin rahat olmadığından gileylənmişdi.

Reklam kampaniyalarının effektivliyini ölçən "Snap Pixel" alətininin isə populyarlığı artıb. Alətin beta versiyasının işə salınmasından bu günə qədər ondan 100 milyon dəfədən çox istifadə olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
570 552 454 501 458 462

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.