♔Kraliça♔

♔Kraliça♔ Məsləhətlər 5-06-2016, 19:30

İki rəngli peçenye resepti

İki rəngli peçenye resepti

Tərkibi:
250 qram kərə yağı
3 su stəkanı un
1 su stəkanı pudra şəkəri
1 paket vanil
3 xörək qaşığı qatıq
2 xörək qaşığı kakao
1 xörək qaşığı süd

Hazırlanması:
Kərə yağını əridib, ilıqlaşmağa qoyun. Dərin bir qaba un, pudra şəkəri və vanili ələyin. İçinə qatıq və ilıqlaşmış kərə yağını qatıb yoğurun. Xəmiri ikiyə ayırıb yarısını streç salafana bükün. Qalan xəmirə kakao və südü qatıb yoğurun. Kakaolu xəmiri də streç salafana bükün. Xəmirləri soyuducuya qoyub 1-2 saat gözlədin. Daha sonra xəmirləri yarım barmaq qalınlığında açın və üst-üstə yerləşdirib rulet kimi edin. Təkrar streç salafana bükün və soyuducunda 1-2 saat gözlədin. Soyuyan xəmiri 1 sm qalınlığında dilimlənin və yağlı kağız sərilmiş soba qabına düzün. Əvvəldən isidilmiş 175 dərəcə sobada üzərləri qizarana qədər bişirin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
845 879 801 737 891 801

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.