_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 14-08-2018, 14:25

“YouTube”da videoya baxmaq üçün ən uyğun smartfonlar hansılardır?

“YouTube”da videoya baxmaq üçün ən uyğun smartfonlar hansılardır?


"YouTube" servisi videoya baxmaq üçün ən uyğun smartfonları açıqlayıb.

"YouTube Signature Devices" proqramının təsvirinə görə, videohostinq videoya baxmaq üçün ən uyğun smartfonları sınaqdan keçirir və seçir. Qurğu müəyyən tələblərə (məsələn, 4K formatlı videoçarxları, HDR texnologiyasını və s. dəstəkləməli) cavab verməlidir.

Məlumata görə, "YouTube" üçün ən uyğun smartfon kimi mütəxəssislər tərəfindən avqustun 9-da təqdim edilən yeni qabaqcıl "Samsung Galaxy Note 9" modeli qeyd olunur. Siyahıda, həmçinin "Sony Xperia XZ2 Premium", "HTC U12+", "Nokia 8 Sirocco" və s. qurğular yer alıb.

"Apple" smartfonlarının populyarlığına baxmayaraq siyahıya "iPhone" smartfon modelləri daxil ola bilməyib. Bu, "YouTube"un reytinqi yalnız "Android" sistemli qurğulardan ibarət tərtib etməsi və ya "iPhone X" modelinin müəyyən səbəblərə görə ekspertləri qane etməməsi ilə əlaqədar ola bilər. Bununla belə, siyahıda "YouTube"da videoya baxmaq üçün uyğun olan daha 3 qurğu - "OnePlus 6", "LG G7 ThinQ" və "Xiaomi Mi8" qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
509 546 513 505 501 545

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.