_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 16-08-2018, 07:28

Yeni Palm smartfonu kompakt ölçülü olacaq

Yeni Palm smartfonu kompakt ölçülü olacaq


İnternetdə məşhur "Palm" brendli yeni smartfon barədə məlumatlar dərc edilib.

"Pepito" kod adlı smartfonun istehsalçısı qismində "TCL Communication" şirkəti çıxış edəcək. Miniatür ölçüyə malik smartfon 720p təsvir ölçülü 3,3 düym diaqonallı "LCD" ekran və 800 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Yeni qurğunun aparat əsasını "Qualcomm Snapdragon 435" prosessoru, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edəcək. Smartfon "Android 8.1 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Xatırladaq ki, bu, 2011-ci ildə nümayiş etdirilən "Palm Pre 3" modelindən sonra buraxılan ilk "Palm" smartfonu olacaq. Əvvəlki məlumatlara görə, ilk vaxtlar yeni "Palm" smartfonunun satışı ilə ABŞ-ın "Verizon" operatoru məşğul olacaq.

ABŞ-ın məşhur "Palm" şirkəti "Palm OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən miniatür fərdi kompüterlər və smartfonlar istehsal edib. 2010-cu ildə "HP" şirkətinə satılan istehsalçı müstəqil təşkilat kimi fəaliyyətini dayandırıb. 2014-cü ilin sonunda "Palm" brendi üçün hüquqlara Çinin "TCL" şirkəti sahib çıxıb. "Alcatel" və "BlackBerry" brendləri də "TCL" şirkətinə məxsusdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
496 487 426 460 522 430

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.