_Yene_Tenha_

_Yene_Tenha_ Xəbərlər 16-08-2018, 17:30

Pensiyalar vaxtından tez verilir - Qurban bayramı münasibətilə

Pensiyalar vaxtından tez verilir - Qurban bayramı münasibətilə
Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.

Nazirlikdən verilən məlumata görə, Fond avqust ayının 9-da Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini təmin edib. Eyni zamanda, avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan əmək pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.

Pensiyaların maliyyə təminatı üçün tələb olunan maliyyə vəsaitlərinin Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi tam təmin olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
534 456 415 406 473 370

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.