_Yene_Tenha_

_Yene_Tenha_ Avto Dünya 16-08-2018, 18:00

Ən bahalı, zirehli "Tank" satılır

Ən bahalı, zirehli "Tank" satılır


ABŞ-da fəaliyyət göstərən, "Beast" adlı hiperkarı ilə məşhur olan "Rezvani Motors" "Tank" adlı zirehli off-rouderinin yeni versiyasını təqdim edib.

"Rezvani Tank Military Edition" modeli "ekstremal-taktiki maşın" adlanır. Kuzovu atıcı silahdan tam müdafiəni təmin edən B7 tipli zirehlə örtülmüş maşında gülləkeçirməyən şüşələr, istilik vizoru, yanğınsöndürmə sistemi, tüstü "səddi" yaradan qurğu, gücləndirilmiş asqı və s. var.

Adi "Tank" 500 at gücündə 6,4 litrlik V8 mühərriki ilə təchiz olunursa, "Military Edition"da "Dodge" superkarlarındakı 717 at güclü "Hellcat" mühərriki var.

"Rezvani Motors"un sahibi Ferris Rezvaninin dediyinə görə, "Tank"ın ekstremal modifikasiyası "məşhər zamanı sağ qalmaq üçün əla vasitə"dir.

"Tank Military Edition"un minimal qiyməti 295 min dollardır.

Zirehli "Tank"ı ilk alan amerikalı müğənni Kris Braundur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
716 624 576 593 628 624

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.