AzizA

AzizA Maraqlı 17-08-2018, 11:38

İlan zəhərindən 30 dəfə güclü

İlan zəhərindən 30 dəfə güclü


Arı zəhəri arının zəhər vəzilərindən əmələ gələn şəffaf mayedir, çox mürəkkəb tərkibə malikdir. Bəzən “apitoksin” də adlandırılan həmin mayeni ilk dəfə 1897-ci ildə Çexiyada öyrənməyə başlayıblar. Sonrakı tədqiqatlar göstərib ki, arı zəhərinin tərkibində çox vacib olan amin turşuları kompleksi, zülallar, mineral maddələr və s. var.

Bu barədə biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov məlumat verib. Onun verdiyi məlumata görə, tədqiqatlar nəticəsində arı zəhərinin tərkibində olan müalicəvi fermentlər ilan zəhərindəkindən 30 dəfə güclü olduğu sübut edilib. Onun tərkibində olan “adolanin” adlanan peptid çox qüvvətli ağrıkəsici və keyləşdirici təsirə malikdir və həmin keyfiyyətinə görə tiryəki 80 dəfə üstələyir.

Bioloq-alim arı zəhərinin müalicəvi xüsusiyyətləri barədə deyib: ”Ürəyin işemik xəstəliyi, stenokardiya və hipertoniya zamanı onun tərkibində olan böyük təsir mexanizminə malik antiaritmik təsirli maddələr var. Eyni zamanda, arı zəhəri damarların kirəcləşməsinin qarşısını alır, onun divarlarını təmizləyir və elastik olmasını təmin edir.

Kiçik miqdarda orqanizmə düşən arı zəhəri onun müdafiə qabiliyyətini möhkəmləndirir, qan dövranını və maddələr mübadiləsini tənzimləyir, profilaktika üçün yaxşı mühit yaradır. Arı zəhəri dəridə olan əlavə törəmələrin təmizlənməsində yaxşı səmərə verir. Dünya kosmetika bazarında tərkibində həmin ferment olan kremlər çox baha qiymətə satılır. Hazırda Rusiyada arı zəhəri və propolisin qarışığından ibarət kremlər və şampunlar geniş istifadə olunur”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 438 401 430 451 433

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.