Özgəsi

Özgəsi

Bir vaxt gözlərinə qurban olardım,
İndi gözlərini çalıb özgəsi.
Bir vaxtlar ürəyin mənim sanardım,
Demək, qəlbini də alıb özgəsi...!

Eşitdim, o günlər düşüb yadına,
Çox andlar içmisən sevgin adına,
Mənli xatirələr çatıb dadına,
Yenə ürəyini qırıb özgəsi!

Eşitdim, o səhvə yanıb ürəyin
İndi yalnızlığı qanıb ürəyin
Məni sevdiyini danıb ürəyin
Qəminin fərqinə varıb özgəsi!

Eşitdim, mənsizlik dərd olub yaman
Bəs sən deyildinmi qəlbimi qıran?
Özgəni mənimlə səndin bir sanan
Bax, sənə qəm-kədər sarıb özgəsi...!

Eşitdim, xoşbextlik yaman çətindi
Səni xoşbəxt edən bədbəxtliyindi?
Yaxşı, get, cəzanı özün çək indi
Onsuzda gözündən salıb özgəsi!

Eşitdim, bezmisən hər kəlməsindən
Çox şübhə etmisən məhəbbətindən
Yanında hər dəfə bezib, yenidən,
Köhnə sevgilisin anıb özgəsi

Eşitdim, xəyallar qurubsan onla
İlk vaxtlar mehriban olubsan onla
Yolunu yarımçıq qoyubsan onla
Sanardım yanında qalıb özgəsi....!

Eşitdim, xəyalin mənə qayıdıb,
Ona bəxş etdiyin sevgi satılıb
Çox gecdi, bax məni sevən tapılıb
Səniysə kənara atıb özgəsi.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
700 742 671 665 680 783

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.