Diş əti qanamalarından əziyyət çəkənlər üçün ən effektiv və asan YOLLAR

Diş əti qanamalarından əziyyət çəkənlər üçün ən effektiv və asan YOLLAR


Diş əti qanaması tez-tez rast gəlinən və olduqca narahatlıq verən bir durumdur. Diş ətinin qanaması diş əti iltihabının ən önəmli simptomudur. Bunun ilkin səbəbi isə mikrobial diş örtüyüdür. Dovru fırçalama və digər təmizliklərə riayət edilməməsi üzündən bakteriyalar dişə yapşır və zamanla çirk örtüyü əmələ gəlir. Bu da diş daşına çevrilir.

Loading.az xəbər verir ki, diş əti qanamalarına təsir edən digər faktorlar isə siqaret, hormonal dəyişikliklər, stress, genetik faktorlar, diş sürtünməsi və sıxması vərdişi, şəkər xəstəliyi və yaxşı qidalanmamaqdır.

Əgər diş əti qanamalarına vaxtında müdaxilə edilməzsə, dişlərin sümükləri əriyər və laxtalanmağa, ən sonda dişlərin tökülməsinə səbəb olar. Diş əti qanaması həm də ağızda xoşagəlməz qoxunun ilkin səbəblərindəndir. Bu qanamaların qarşısını almağın tək yolu ağız boşluğunun gigiyenasına vaxtında və mütəmadi olaraq əməl etməkdir. Dişlərin gündə 2 dəfə fırçalanması, diş ipləri ilə aralarındakı məsamələrin təmizlənməsi və qidalanmağa diqqət edilməsi baxıma aiddir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
365 349 310 275 354 350

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.