Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 21-08-2018, 10:25

Baş ağrısına görə getdiyi xəstəxanada 24 saat ömürünün qaldığını öyrəndi – FOTO

Baş ağrısına görə getdiyi xəstəxanada 24 saat ömürünün qaldığını öyrəndi – FOTO
Baş ağrısına görə getdiyi xəstəxanada 24 saat ömürünün qaldığını öyrəndi – FOTO


Rena Uillimson həkimlə danışan ərinin donmuş sifətini heç zaman unuda bilməyəcək.

Üzü ağappaq olmuş əri ona tərəf gəlir… Rena heç həkimin həyat yoldaşına nə dediyini belə bilmir. Lakin yaxşı xəbər verməməsi dəqiq idi.


Həyat yoldaşı ona yaxınlaşır və bu andan onların həyatı tamamilə dəyişir.

"Biz ikimiz də biri-birimizə baxıb ağladıq” bu sözləri Rena deyib. Bir müddətdir başı ağrayan Rena xəstəxanaya gedir. Bundan sonra onun əri Cared xəstəxanaya çağırılır. Ona həyat yoldaşının beynində şiş olduğu və 24 saat ömürünün qaldığı deyilir.

Həkimlər dərhal Renanı əməliyyat edirlər. Əməliyyat uğurlu alınır və qadın evinə buraxılır. Lakin bundan 5 gün sonra Renanın başından maye axır və ağrıları daha da şiddətlənir. Təcili olaraq xəstəxanaya çatdırılan Renada yeni şişlər tapılır.

O, yenidən əməliyyat olur. Bu əməliyyat da uğurlu keçir. Həkimlər onu yenidən müayinədən keçirəndə bu səfər başqa bir xəstəliklə qarşılaşırlar. Renaya melanoma (dəri xərçəngi) diaqnozu qoyulur.

Həkimlər xəstəliyin ölümcül olduğu və onun həyatda qalma şansının çox az olduğunu deyir. Rena və əri xəstəxana xərclərini ödəmək üçün evlərini satıb. Onlar kredit kartlarını son qəpiklərinə qədər işlədiblər.

İndi cütlük çarəsiz şəkildə nələr olacağını gözləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
491 550 458 451 510 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.