Rusiyanın polis robotları bu ölkələrdə xidmət göstərə bilər

Rusiyanın polis robotları bu ölkələrdə xidmət göstərə bilər


Bu layihə Çin üçün də maraq kəsb edə bilər
Rusiyanın “Promobot” robot istehsalçısı şirkəti 2019-2020-ci illərdə Özbəkistana polis robotlar tədarük edə bilər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə şirkətin inkşaf üzrə direktoru Oleq Kivokurtsev bildirib. Direktor qeyd edib ki, bu ilin iyulunda bir polis robot artıq Qazaxıstanda xidmətə başlayıb. Bundan başqa, şirkət bu layihəni digər ölkələrə də təqdim etmək niyyətindədir. Qeyd olunur ki, bu cür polis robot videoçəkiliş həyata keçirir, polisin məlumat bazasında yer alan üzləri tanıyır. Həmçinin robot “terrorçuluq”, “bomba” kimi sözlərə reaksiya verərək yaxınlıqdakı şöbəyə siqnal ötürə bilir. O.Kivokurtsev bildirib ki, bu layihə Çin üçün də maraq kəsb edə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
348 329 356 316 310 294

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.