Çox zaman sevmək istəməyən qəlblərə aşiq olarıq.

Çox zaman sevmək istəməyən qəlblərə aşiq olarıq.İlk zərbələri elə o insanlardan alarıq.
Elə ən böyük günah özümüzdə olur. Doğru olmayan vaxtda doğru insan qaçar əlimizdən, doğru zamanda isə doğru olmayan insanı sevərik.
Beləliklə yorarıq qəlblərimizi.
Amma heç bir insandan fərqli olmayaraq,doğru seviriksə,hər çətinliyi birlikdə keçməyə qərar verərik. Necə deyim,ən böyük fədəkarlıqları elə özümüz edərik.
Məsələ budur ki, insan qəlbinə hakim ola bilmir. Sanki etmə dediyimiz hər şeyi,əksinə hər dəfə daha çox edirik.
Amma qəlbi "dəyərlilər"i ilə əhatə olunmuş insanlara doğru ilk addımı atmağınız,bəlkə ən böyük səhviniz olar. Çünki sizə dəyərli deyərkən başqalarından heç bir fərqiniz qalmayacaq.
Kimi sevməyə doğru addım atdımsa,yarı yolda buraxılan elə özüm oldum.
Sevdinsə əgər hərşeydən əvvəl güvənməli və inanmalı insan qarşısındakına.
Qəlbində sadəcə bir insan olmalı və qəlbi sadəcə ona görə atmalıdır.
Ən fərqlisi isə sənə addım atan insanların səni yarı yolda qoymasıdır. Sanki səninlə zaman keçirmək istəyirlərmiş kimi.
Və ən məyus edici tərəfi bir gün qarşısına ümidlə çıxdığın gün yanında başqa biri ilə görərsənsə onu yerində dayanıb yenidən məni sev deyə bilmirsən.
Çarəsizliyin adı budur. Yenidən eyni şeyləri yaşamağa düçar qalarsan və yenidən aşiq olmaq istədiyində heç kimsələrə güvənmədən yoluna davam etmək istəyərsən.
Sevməyə başlayarkən, tez bağlanmayın,güvənməyin,yeri gələrsə inanmayın belə. İtirməkdən qorxmaq əvəzinə,sizi itirməkdən qorxsunlar. İnanın daha fərqli olacaq. ????







