Kənan Heydərov

Kənan Heydərov Maraqlı 26-08-2018, 17:10

XOCALI

XOCALI
XOCALI

Məşhur aktyor Necat İşlər Xocalı qırğınını təsvir etməyə çalışıb:

"Hər kəs yuxudadır. Bir azdan işıqlar sönəcək və dünya ilə əlaqəmiz kəsiləcək. Məhəllənizin ətrafı tanklar və əsgərlərlə mühasirəyə alındıqdan sonra qapılarınız təpik zərbələri ilə sındırılacaq. Əgər qapınız sındırılmayıbsa, silah səsləri eşidəcəksiniz. Həyat yoldaşınızın və övladlarınızın qorxu dolu baxışları üzərinizdə olarkən cəsarətinizi toplayıb onları qorumağa çalışacaqsınız, lakin o əsnada sizin də qapınız sındırılacaq.

Sizə güllə atıb ruhunuzu təslim etmənizi belə gözləmədən həyat yoldaşınızı silahın qundağı ilə vuracaqlar, əgər müqavimət göstərərsə, təpikləməyə başlayacaqlar. Ruhunuzu təslim edənə qədər uşağınızı bıçaqla doğramağa başlayacaqlar. Ümid edirəm ki, həyat yoldaşınız hamilə deyil, lakin hamilə olanlar da var. Hamilə qadınların qarnını bıçaqla yarıb, uşağı çıxaracaq, evinizin taxta dirəklərinə mismarlayacaqlar. Evdə balaca uşaqlar varsa, onun gözü qarşısında anasının döşünü kəsib ağzına qoyacaqlar. Sonra da uşağı öldürəcəklər... Tükləriniz biz-biz oldu, deyilmi? Bütün bunlar 1992-ci il fevralın 26-da Xocalıda yaşanıb".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
523 503 491 458 505 498

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.