Ehmedzade

Ehmedzade Sevgi / Hekayələr 26-08-2018, 18:10

Gəl mənim ol

Gəl mənim ol
Gəl mənim ol




Gəl mənim ol,yuxusuz burax məni.Bəzi səhərlər iştahamı kəs.Arada "ayrılmaq istəyirəm" deyə zarafatlar et; mən də "olar,ayrılaq" deyim.Sonra üzündəki o düşünən,düşünərkən küsdüyün simandan, o üz ifadəndən öpüm.Həftədə altı gün sev məni.Bir gün "dincəl" o gündə mən dinləyim səni.
Sonra qaçaq biraz,yorulaq.Bəzi səhərlər tez qalx yuxudan,sev məni,oxşa, sonra yenidən yat.Məni oyandırma,mən yatarkən belə sevərəm səni.
Hər ay mütləq şəkildə balıq yeyək bir yerdə, mən dənizi çox sevirəm axı, sən də sev.Kiçik qayalıqlara gedək, dənizin səsini bir yerdə dinləyək.Yosunların qoxusunu içimizə çəkək. Sonra oyun oynayaq, şar alaq göyə uçardaq deyə cümlələr qur.Mən isə o içindəki uşağı öpüm, qucaqla məni,qoxunu qollarıma burax.Gedən gəmilər gözəl deyil mi?Gedək, bizi apardığı qədər uzaqlara aparsın.Birlikdə aparsın...Haraya getdiyimizi bilmirəm,külək,əsən o soyuq külək,üşütsün səni,məni sevdiyini söylə,külək alıb götürsün, dodağından dodağıma. Sən mənim yuxularımsan, oyandırma, əgər məcbursa yarım qalacağına, qalsın, yarım səndə qalsın.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
404 359 337 290 350 322

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.