Bir Buket Soz(2)






Gecikmiş qadın məhəbbəti,çöldə bitən lalə deyil,
Yol kənarında bitmiş məsdedici qanqaldır








Məni unutma.
Yağışlı hava,diqqətsiz bir adam,
Sürətlə hərəkət edən maşınlar arasından yolu keçərək,səni görməyə tələsirdi,
Boz palto,kobud saqqal,dağınıq və islanmış saçlı adam.
—Məni belə xatırla.
İtirməkdən qorxan,çarəsiz,egoist və yarım qalmış bir adam.
Metroda belə olarkən,sanki yağış yağırmış kimi təlaşlı,üşüyən bir adam,
Dualara sığınmış,şeirləri yandırılmış adam kimi xatrla.
— İllər sonra.
Bəlkə bir gün qarşılaşdıq
Şəhərlərin birində,insanların gur olduğu bir zamanda,
Bəlkə göz-gözə gəldik,
Məni xatırlayacaqsan,
Düzdü bu heçnəyi dəyişdirməyəcək,
Ki, mən sənim xatrladığın adam deyiləm,
Nədə artıq sənin üçün tələsən bir adam.
Amma sən yenədə məni unutma.







Darıxıram bəzən,
Sənin üçün,
Danışdığımız o günlər üçün,
O mənasız,amma əl çəkmədən etdiyimiz söhbətlər üçün,
Darıxıram,
Gözlərin üçün,
Saçların üçün
Qəribədi, amma səninlə mübahisə etdiyimiz günlər üçün belə darıxıram.
Düzdü yalnış insanlardıq,
Bir araya gəlməyimiz,
Bərabər olmağımız mümkünsüz idi bəlkədə,
Amma yenədə darıxır insan,
Acı çəksə belə,özləyir keçmişi,
Canı yansa belə
Oysa uzaqdanda olsa bir görsə,
Bir səsin eşitsə,
Bir kəlmə kəssə,
Sanki rahatlaşaçağmış kimi düşünür,
Amma bəlkədə bir daha qarşılaşmaq,daha çox can yandıracaq,daha çöx özləməyə səbəb olacaqdır,
İnsanıq, boş-boş xəyallar qurub,boş-boş təsəllilərlə ovudmağa çalışırıq özümüzü.









Bilirsən ara bir düşürsən yadıma,
Gözlərin,sözlərin,gülüşlərin bir sözlə sən,
Ağlımın kənarında oturub sakitcə danışmadan,səssiz-səmirsiz qalırsan orda saatlarca,
Gedəcək başqa yerin yoxmuş kimi.
Yada mənin düşünəcək,sevəcək başqa bir kimsəm yoxmuş kimi,
Oysa ağlıma gəlir,qurduğum xəyallar,yaşayacağımız o xirda ev,və gələcəyə ait planlar,
Necədə gülməlidi indi
Xatrladıqca həm gülür həmdə kədərlənirəm,
Heç özümdə bilmirəm niyə?
Oysa alınmayacağını ən başından bildiyim halda,özü-özümü aldadırdım sadəcə,
Bəlkə görər deyə yazılan sözlər,bəlkə qarşılaşarıq deyə getdiyin yerləri gəzmək,
Mənasız və boş olduğunu bildiyim halda,
Sənə dayır heç bir ümidim olmadığı halda
Niyə cəhtlər edirdim heç özümdə bilmədim,
İnana bilirsən?
Səndən əlimi üzdüyüm halda belə,uşaq kimi özü-özümü aldadmaq istəyirdim.
Bax elə,hər dəfəsində sehvi orda edirdim.











O günü xatırlayıram,
Onuda xatırlayıram
Düzdü uzun zaman oldu
Unutmaq istədim.
Ağlımdan çıxarıb atmaq,
Olmadı.
Bu zamana qədər mən nələr yaşadım birdə sən düşün,
Çox yorğunam
Yenidən bəzi şeyləri təkrar yaşamaq istəmirəm,
İnan buna gücüm yoxdu.
— Son danışığımızdakı çümlələri xatırlayırsan?
Yarımçıq qalan bütün çümlələri xatırlayıram mən,
Demək istəyibdə deyə bilmədiklərimi,
Sənin boş bəhanələrini,
Yarım qalmış əlvidanı belə.










Getmək istərsən uzaqlara,
Könlü açıq,qəlbi viranə
Əgər dönmək istəsən geri,
Bacarmazsan
Qəlb axi verməz icazə









Hər zaman həyatla mübarizə aparın deyə söyləmişəm, iradəli olun kimi cümlələr qurmuşam.
Amma özüm heç bir zaman öz dediklərimə qulaq asmamışam,hər dəfə daha olmayacaq dediyim səhvləri edib yıxılmışam.




Bir Buket Soz(2)





Sizə bir sirr verim,
Bir toyda o qədər insan arasında kimin nə geyindiyini,kimin nə taxdığını unutmayan qadın
Gün gələr səni unudar









Əslində bura yazacaq başqa sözlər vardı ağlımda,amma bacarmıram,
Yazıb sonra silirəm bütün cümlələri.
Xəyal dünyası geniş olan bir adamdım mən.
Oysa gözlərində bir ömür həps olmağı arzulayacaq qədər cahil biriydim bəlkədə.
Mümkünsüz düşüncələr vardı ağlımda,
Bəlkədə hər şey bir axmaqlıq idi,amma bir axmaq kimi sevməmişdim səni.
Şeirlər yazacaq qədər sevmişdim.
Gülməyini istəyirdim həmişə,bəlkədə üzünü güldürən bir klon idim.
Oysa hər gün biraz daha çox sevirdim səni.
Saçlarını,gözlərini gülüşünü, səsini
Nəbilim,
Bəlkədə ,
Bəlkədə hər şey sadəcə sözlərdən ibarət olub bizdə,mən səni sevdiyimə inandirdim özümü,səndə özünü haqqlı cixarmaq üçün bəhanələrə siğındın.
Və heç dogru-düzgün sağollaşmadan getdik bir birimizdən,
Nə sən qalmağı istəmədin,nədə mən qal deyə bilmədim,





Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
882 922 870 772 755 756

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.