Sirli sözlər
Bu günki qanunlar böyük ağcaqanadların deşib keçdiyi, kiçiklərin isə ilişib qaldığı bir hörümçək toru kimidir.
© Honore de Balzac

İnsanlar rəqəmlərə bənzər, vəziyyətlərinə görə dəyər qazanarlar.
© Napoleon Bonapart

Vəfasız dost kölgə kimidir. İşıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər.
© M. Beyləqani

Kölgələrlə oynamağı sevirəm, kölgələr bizi uşaqlığımıza aparır..

İnsanı ayaqda tutan inancları və prinsipləridi,sümükləri və əzələləri deyil.
Albert Eynşteyn

Ən qaranlıq gecələr ən böyük ulduzlar doğar..

Böyük insanlar vidalaşaraq gedər, kiçik insanlar isə xəyanət edərək.
Lao Tzsu

"Mübahisə edərkən susan tərəf olun, çünki danışarkən çox səhv buraxma ehtimalınız var və bunu sizə qarşı silah kimi işlədərlər."

Heç bir ordu, vaxtı gəlmiş düşüncənin qarşısını ala bilməz.
Viktor Hüqo

Qürubdan sonra günəş geri qayıdır..
Qağayıların qanadında ...

Uşaqlar irq və din bilməzlər, insan ayrıseçkiliyi etməzlər, meyarları sevgidir. Nifrəti böyüklərdən öyrənirlər.
Martin Luther King

Yaxşı insanları ürəkləri çiyinlərinə yükdür. Onlar heç vaxt bu yükü atmırlar, ata bilmirlər. Ömürləri boyu bu yükün altında əzilirlər.






