♡_♡ Sənin Xətrinə ♡_♡

♡_♡ Sənin Xətrinə  ♡_♡
♡_♡ Sənin Xətrinə  ♡_♡

Könlün zülmət olsa, qəlb qəmə nişan
Günəşə dönərəm sənin xətrinə
Dayanıb gözünün önündə sənin
Yanıb yaxılaram sənin xətrinə



Sənin sözün ollam sözün olmasa
Canımı üzərəm dözüm olmasa
Od olub yanaram közün olmasa
canı yandıraram sənin xətrinə



Sən mənim amalım, sən mənim eşqim
Gözəllər içindən mən səni seçdim
Demə zaman keçdi, mənsə gecikdim
Zamanı susduraram, sənin xətrinə



Mənəm eşq mülkünün sultanı, xanı
Amma sənə qulam ...qulunu tanı
Bu canı edimmi sənə ehsanı?
Istə; paylayaram sənin xətrinə



Arxanca sürünnəm mən dizin dizin
Mənə hökm olar, dildə hər sözün
Dodağını öpsəm, döndərsən üzün
Üzündən öpərəm sənin xətrinə


:love: Mahnı Üçün Təşəkkür Edirəm :love: :praising:

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
414 426 387 314 390 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.