Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 30-08-2018, 11:02

Azərbaycanlı idmançı saçlarını bağışladı

Azərbaycanlı idmançı saçlarını bağışladı
Azərbaycanlı idmançı saçlarını bağışladı

Aerobika üzrə Azərbaycan yığmasının üzvü Balaxanım Əhmədova saçlarını xərçəng xəstəliyindən əziyyət çəkən xanımlara bağışlayıb.

Axşam.az xəbər verir ki, bu barədə “Saçın saçım olsun” adlı layihənin rəhbəri Sevinc Məmmədova sosial şəbəkədə yazıb:

"Saçını xəstəlikdən əziyyət çəkən xanımlara bağışlayanlardan biri də aerobika üzrə Azərbaycan yığmasının üzvü Balaxanım Əhmədovadır. Atdığı anlamlı addımla bağlı danışan milli komandamızın idmançısı imkanı olanları bu təşəbbüsə qoşulmağa çağırıb".

B.Əhmədova layihə barədə anasından eşitdiyini deyir:



“Anam ölkəmizdə belə bir layihənin həyata keçirildiyini söylədi. Mənim yaxınlarımın içərisində də xərçəng xəstəliyəndən əziyyət çəkən insanlar var. O hissləri çox yaxşı bilirəm. Gözəl analarımıza, bacılarımıza, körpələrimizə kömək etmək imkanını yaxaladığım üçün çox sevincliyəm. İmkanı olan hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyirəm”.
Qeyd edək ki, “Saçın saçım olsun” aksiyasının məqsədi xərçəng və ya digər xəstəliklər səbəbindən saçlarini itirən şəxslərə təbii saçlardan parik hazırlamaqdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
588 607 511 576 499 580

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.