Arıqlamaq üçün ən effektiv üsul tapıldı

Arıqlamaq üçün ən effektiv üsul tapıldı
Arıqlamaq üçün ən effektiv üsul tapıldı

Böyük Britaniyanın Surreya Universitetinin alimləri müəyyən ediblər ki, səhər yeməyinin gec, naharın isə tez qəbul edilməsi insan çəkisinin azalmasına səbəb olur.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat “Journal of Nutritional Sciences” nəşrində dərc olunub.

Alimlər yaşları 29-57 arası olan 16 nəfər üzərində yoxlamalar aparıb. Onlardan doqquzu alimlərin göstərdiyi, digərləri isə normal vaxtda qidalanıblar. Nəticədə yemək vaxtlarını dəyişən şəxslərdə arıqlamanın iki dəfə çox getdiyi müəyyən edilib.

“Göründüyü kimi, bu iştirakçılarda qidaların göstərilən qaydada qəbul edilməsi ailə və sosial həyatı həmişə uyğunluq təşkil edə bilməz. Ancaq buna köklənmək lazımdır”, - universitetinin doktoru Conatan Conston deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
421 410 398 393 437 423

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.