_Uğurböceyi_

_Uğurböceyi_ Sevgi 2-09-2018, 10:40

Bir Sən Qədər♥

Bir Sən Qədər♥


Bu gecə də yatmadım. Səhərə qədər sevdim
səni... Mən səni izləməkdən doymuram bilirsən, ancaq
səhərə kimi gözlərimi tox tutacaq qədər izlədim səni.
Bu gecə də yanımda olmamağın, aramızda məsafələr
olması səni izləməyimə maneə olmadı. Şəkillərinə baxıb-baxıb sevdim səni.
Dodağını büzməyini, təbəssüm etməyini,
saçlarını gözlərinin üstünə tökməyini izləyib,
hər saniyə bir az daha çox sevdim səni.
Sevərkən yuxuya belə getmədim, nə zaman yuxum gəlsə,
qalxdım bir qəhvə hazırladım.
Sanma ki, qəhvə içərkən ara verdim səni sevməyə.
Yuxuyla mübarizə apararkən də, qəhvə içərkən də sevdim səni.
İnsanın sifət ölçülərinin uzunluğu neçə millimetrdir, dəqiq bilmirəm.
Ancaq mən gecədən səhərəcən bütün vaxtımı,
kirpiklərindən dodaqlarına qədər sifətinin hər bir cizgisini izləməyə sərf etdim.
İzlədiyim hər cizgini də ayrı-ayrılıqda sevdim.
Dodaqlarına enməyə vaxtım çatmadı, səhər açıldı.
Sən belə böyük sevgilər yalnız filmlərdə olur deyib köks ötürərdin, amma, bax,
sən bilmirəm neçənci yuxunda olarkən belə sevdim səni...

(Əziz Yaqubzadə //Bir Sən Qədər♥)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
629 642 634 524 573 569

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.