"Dünyanın ən böyük hədiyyəsidir" - Elvin

"Dünyanın ən böyük hədiyyəsidir" - Elvin
"Dünyanın ən böyük hədiyyəsidir" - Elvin

“Mənim üçün ən uğurlu və gözəl yay oldu. Oğlum Səid dünyaya gəldi. Ən gözəl istirahət də elə budur”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elvin Abdullayev deyib. Sənətçi yay boyunca gördüyü işlərdən danışıb:

“Yayda harasa istirahətə gedə bilmədim. Amma buna görə pis olmuram. Çünki oğlumun doğulması dünyanın ən gözəl istirahət mərkəzinə getməyə bərabər bir hədiyyədir. Həm də bütün yayı işlədim. Hətta bir gün dənizə getməyə belə vaxt ayıra bilmədim.

Toylar, tədbirlər və sənətlə bağlı digər işlər başımı qatdı. İndi Məhərrəmlik ayını gözləyirəm. Qismət olsa, harasa istirahətə gedəcəm.

Yay istirahəti bütün çalışan adama vacibdir. Beyin dincəlir. Bütün qışı işləyirik, beyin çalışır, vacibdir bir müddətlik uzaqlaşmaq”.

Qeyd edək ki, Afət adlı xanımla ailəli olan Elvinin Tuncay adlı bir oğul övladı da var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
295 312 284 293 290 329

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.