Möcüzə mənəm...
Bilirsən əzizim, mən Qadınam. Gecə bütün qəlb sıxıntıları ilə yatıb səhər vaxtında oyana bilən. Ağladı deyə qaranlığa qərq olmayıb gözlərinin yaşını lazım gələndə təbəssümlə silə bilən qadınam həm də. Sən mənə müxtəlif adlarla səslənə bilərsən. Sən onsuz da ancaq mənim adımı bilirsən. Sən elə adımı bilərək də qalacaqsan. Sən mənim qəlbimə toxunmayacaqsan çünki. Mən əvvəlcə sevirəm sözünə inanacam. Amma sonra əziyyətini də çəkəcəyimi bilirəm. İnanırsan amma mən sevəndə bütün dünyanı qarşıma alacaq qədər odla sevirəm. Mən qadınam. Sən vurduğunda mən yıxılacam amma yenə də qalxacam. Çünki möcüzə olan insan deyil. Möcüzə mənəm...
Sayta Dərc etdi: Kənan0001






