_Yene_Tenha_

_Yene_Tenha_ İdman 3-09-2018, 18:47

FİFA "ən yaxşı futbolçu" adına namizədləri açıqladı

FİFA "ən yaxşı futbolçu" adına namizədləri açıqladı


2018-ci ildə dünyanın ən yaxşıları adına namizədlərin yekun siyahısı açıqlanıb.

FİFA-nın rəsmi saytı ən yaxşı futbolçu adına 3 namizədin adını açıqlayıb. Bunlar "Yuventus"dan Kriştianu Ronaldu, "Real"dan Luka Modriç və "Liverpul"un hücumçusu Məhəmməd Salahdır. "Barselona"nın ulduzu Lionel Messinin adı isə siyahıda yoxdur.

Ən yaxşı məşqçi adına Xorvatiya millisinin çalışdırıcısı Zlatko Daliç, Fransa millisi ilə dünya çempionu olan Didye Deşam və "Real"a Çempionlar Liqası kubokunu qazandıran Zinəddin Zidan namizəddir.

Dünyanın ən yaxşı qapıçısı adına namizədlər isə "Lester"in çərçivə qoruyucusu Kasper Şmeyxel, Belçika millisi ilə dünya üçüncüsü olmuş "Real"ın qapıçısı Tibo Kurtua və Fransa millisinin heyətində dünya çempionu olan "Tottenhem"li Huqo Llorisdir.

Qeyd edək ki, ən yaxşı futbolçunun adı sentyabrın 24-də Londonda keçiriləcək tədbirdə açıqlanacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
656 705 598 627 559 648

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.