Ehmedzade

Ehmedzade Statuslar 7-09-2018, 11:17

İncepption

İncepption

"Bağlanmıyacam bu dəfə" dediyin anda birdə baxırsan ki bağlanmısan..Həyatımda,ətrafımda heç kim olmayacaq dediyin anda bir də baxırsan ki bir zamanlar istəmədiyin o birinin varlığı üçün dua edirsən,şükür edirsən..Onun sayəsinde güclü olmağa başlayırsan,həyatı sevirsən,özünü sevirsən.Sevildiyinin,önəmsəndiyinin fərqinə varırsan..Artıq hər çətin anda tək olmadığını hiss edirsən.O varsa problemlərin bir gün öhtəsindən gələcəyini bilirsən,inanırsan.Həm mən bir kitabda oxumuşdum ki,"Her şeyin yoluna girməsi üçün əvvəlcə ən pisi olmalıdır"..Və mən gözəl günlərin gələcəyini artıq hiss edirəm..
İncepption

Baxın sevmək elə filmlərdə gördüyünüz kimi bir şey deyil.Yəni bir neçə sevgi mesajı,bir neçə sahiblik səkilləri falan elə deyil.Daha fərqli.Məsələn onu gördüyünüzdə titrəyən qəlbiniz deyil.Hər addımda ona yaxınlaşma,onu görmə hissidir sevmək.O addımları onun üçün atmaqdır.Bir kücə arasında əlini tutmaq deyil.."Mənimsən" deyə bilmənin üzə vurulmuş halıdır sevmək.Yəni cevrəsindəki 3-5 kişidən qısqanmaq deyil demək istədiyim.Sadəcə xoşbəxtliklərinə sevinclərinə deyil,yaxşısı ilə pisi ilə hər zaman yanında olmaq,olmasanız belə yanındaymışsınız kimi hiss etdirməkdir sevmək..


Bu vaxta kimi həmişə "kaş ki” demişəm..Hər yeni başlanğıcın sonunda yenə eyni söz.Yanlış insanlar,yanlış üzlər..qısaca çox yanılmışam.Özümə qapanıb,ümidimi itirmişdim hər şeyə..Ama sonra sən çıxdın qarşıma.Bunu sən həyatıma girincə anladım.Və yeni bir başlanğıc.Ama bu dəfə əminəm.Bu dəfə "kaş ki" deməyəcəm.Artıq sənin üçün deyəcəyim tək şey "yaxşı ki"olacaq..


Dünyada sevgı acısından daha dəhşətli daha acılı şeylər də var.Məsələn Valideyin, bacı,qardaş itkisi kimi.Əgər valideyin, ailə sevgisi görmüsünüzsə nisbətən şanslı sayılırsınız..Ama ailə sevgisinin,Ata Ana qayğısının nə demək olduğunu bilməyənlər var..Hələ qızını qucaqlamamış analar,hələ anasının qucağında ağlamamış qızlar bilirəm..Hər an sevginizi bildirməkdən çəkinməyin.Sarılın dedikdə ağlınıza ilk sevgili gəlib "sevgilimiz yoxdu ki sarılaq" deyirsiniz.Nə qədər ki yaninizdadirlar,yanlarındasız sarılın.Bilsəniz də bir daha xatırladım "Dünya an'lardan ibarətdir" unutmayın...


Yenə düşuncələr öz axarında davam edir hə? :) "Görəsən oda mi məni xatırlayır? keçmişi yada salıb gülümsəyir, O da mı qəmli musiqilər dinləyib unutmağa çalışdıqca əksinə adımı beyninə həkk edir? Görəsən O da mı məni unutmayıb? bir gün mənim kimi gələcəyimi düşünür? O da mı hələ də sevir? Beyniniz bu suallarla doludur bilirəm ama cavabinın da harda olduğunu bilirsiniz) Cəhd etsəniz? düşünün nə itirərəm deyə tək mesajla nələr ola bilər deyə fikirləşin..Bilmirəm ən son nə danışdığınıza bağlıdır ama cəhd edin.Onun yerini daha yaxşıları doldurar deyə düşünürsüz bəlkə də.Fikirləşirsıniz ki "O mənə layiq deyil"ama bilirsiniz? bəzi şeylərin əvəzi olmur,olmayacaq.Hər şey gözəl olacaq deyə bir şey yoxdu..Hər şeyi həyatın üstünə,qismətin,üstünə,qarşınızdakının üstünə yıxıb günahlandırmayın..Özünüzə sual vermisinizmi: Niyə itirən mən oldum? və ya niye itirildim? niyə üzdüm niyə üzüldüm? bəlkə nələrisə düzəltmək sizin əlinizdədir? Cəsaretli.olmaq gərək bəzən.kim bilər bəlkə bu günün tarixi də özəl günlərdən birinə çevrilər?


Evlilik sevgini öldürür deyirlər..Əslində elə deyil yəni elə olmamalıdı.Evlilik sevginizi yox onnan ayrı qaldığınız hər günün hər saatın, hər dəqiqənin həsrətini , görə bilmədiyiniz hər günün,sarıla bilmədiyiniz hər anın özləmini öldürsün qoyun..Hər birlikdə olduğunuz gün ondan soyumağınıza yox daha da bağlanmanıza səbəb olsun..
- Tək cümlə ilə "Belə yaşlanmalısız"









Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
605 638 668 676 580 625

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.