_Yene_Tenha_

_Yene_Tenha_ Sağlamlıq 11-09-2018, 17:50

Ürək və damarlar üçün ən təhlükəli məhsul

Ürək və damarlar üçün ən təhlükəli məhsul


Otaqo Universiteti (Yeni Zelandiya) alimləri araşdırma nəticəsində belə qərara gəliblər ki, şəkər insan sağlamlığı üçün ən ziyanlı məhsuldur.

Yeni Zelandiya alimləri 1965-2013-cü illər arasında aparılmış çoxsaylı elmi araşdırmaların nəticələrini analiz etdikdən sonra belə qərara gəliblər.

Şəkər ürək-damar sistemi xəstəliklərinin inkişafına təkan verir. Bu xəstəliklər də ölümün əsas səbəbidir.

37 araşdırma şəkərin istehlakı ilə "pis" xolesterinin səviyyəsinin yüksəlməsi arasında olan sıx əlaqəni aşkar edib. Bildiyimiz kimi, "pis" xolesterin damarlarda yığılaraq onların tıxanmasına və nəticədə infarkt və insultun riskinin artmasına səbəb olur.

Həmçinin şəkər damarların daxili qatında iltihab yaradır ki, bunun nəticəsində xolestrin burada daha tez yığılır.

Digər 12 araşdırma göstərib ki, şəkərin istehlakı arterial təzyiqinin yüksəlməsinə səbəb ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
582 546 456 492 557 503

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.