Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 13-09-2018, 11:25

“Məqsədiniz nədir, ay hörmətli insanlar?” – Nura tənqid etdi

“Məqsədiniz nədir, ay hörmətli insanlar?” – Nura tənqid etdi

Müğənni Nura Suri azərbaycanlı aparıcıları tənqid edib.

Axşam.az-ın məlumatına görə, ifaçı bu barədə “Facebook” hesabında yazıb:

Azərbaycanda aparıcı qıtlığıdır? Nolub hər yerindən duran veriliş aparır. Ayıbdır. Peşəsinin mənbəyi bəlli olmayanlar bütün günü efirdədir. Belə biabırçılıq olar?
İncəsənət Universitetinin hər il yüzlərlə tələbəsi işsiz qala-qala hərə bir tanışını seriala, filmə çəkir. Bu nə dəbdir? Bütün psixoloji xəstələri məclislərə dəvət edir, sonra da məzələnib videolarını çəkərək paylaşırlar. Mənası nədir? Məqsədiniz nədir, ay hörmətli insanlar? Ay özünə hörmət edən "jurnalistlər", siz niyə belələrini təbliğ edirsiniz? Hələ peşəkar aparıcıları demirəm...

Belələrini niyə efirə dəvət edirsiniz? Nə yapışmısınız reytinq sözündən? Bu, nə bəhanədi? Belə səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir? Adamın köçüb adada yaşamağı gəlir. Bəsdirin də, zövqsüzlüyü, ağılsızlığı, pozğunluğu təbliğ etmək olar?!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
423 467 469 495 411 472

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.