- zəhmət tələb edən işdi bir adamı sevmək. günün 24 saatını onu düşünmək, musiqi deyə onun səsini dinləmək, şeir əvəzi qurduğu cümlələri əzbərləmək, mənzərə deyə gülüşünü seyr etmək. bunlar sevginin xoş yanlarıdı.
- zəhmət tələb edən işdi bir adamı sevmək. günün 24 saatını onu düşünmək, musiqi deyə onun səsini dinləmək, şeir əvəzi qurduğu cümlələri əzbərləmək, mənzərə deyə gülüşünü seyr etmək. bunlar sevginin xoş yanlarıdı. birdə hərkəsi incidən 'ayrılıq' yanı var sevginin. onda düşüncələr qarışır, kaşkilər o qədər çoxalır ki, insan sevdiyi adam xaric hərşeyi unudur. əzbərlədiyi şeirləri, ən sevdiyi musiqini, hətta ən gözəl mənzərəsini belə. geridə qalan xatirə onu bir bütün halına salır. məsələn daha onu sevmək üçün bəhanələr axtarmırsan, səndə qalan yanını sevirsən, sənə yaşatdığı anları sevirsən. hər bir ayrılıq sonrası onun üçün darıxdığımızı düşünsək də, əslində o insan üçün yox, onun bizə yaşatdığı hisslər üçün darıxırıq. bu da sevginin ən hüzünlü yanıdı zənnimcə ...
- şeirləri sevdiyi qadın tərəfindən oxunmayan şair kimi hiss edirəm özümü. yalnızlığı və ağrıları iliklərinə qədər işləmiş, bütün gün üzü gülən, gecələrsə ruhunun qaranlığına boğulmuş bir şair. hərkəsin sabaha ümidi var, amma onun yox. o, oxuduğu kitabların arasına əlfəcin qoymur, gecə oxumağa başladığı kitabı yuxusuzluğuna qarşı gələrək yarımçıq qoymur, kitabda ən sevdiyi cümlənin altından xətt çəkmir. çünki onun kitaba davam etmək üçün sabaha sağ çıxmaq ümidi yoxdu, eyni kitabı yenidən vərəqlərkən, altından xətt çəkdiyi cümləni görəndə gülümsəməyə taqəti yoxdu. amma onun sahib olduğu ən böyük yoxluq sevdiyi qadının yoxluğudu. ondan geri qalan xatirədi bəlkə də o kitab. bəlkə ona görə yad əlfəcini saxlamır köhnəlmiş vərəqlərin arasında, bəlkə ona görə hər səhərini o kitabla açır, bəlkə ona görə özündə haqq tapmır ən sevdiyini cümlənin belə altından xətt çəkməyə. amma onun sevdiyi qadın nə etdi? kiçik bir əlfəcin əvəzinə böyük bir divar hördü, heç bir kitabı oxumaq üçün yuxusuz qalmadı və xətti də şairin üstündən çəkdi...







