Esmeralda

Esmeralda Hekayələr 13-09-2018, 21:58

Bəlkə də...

Bəlkə də...


Bəlkə də bir ümid var.. Bəlkə də gözəlləşəcək elə hər şey, əzizim.. Agaclar vaxtında çiçək açacaq, küçədəki bütün itlərin, bütün pişiklərin önündə suyu, yeməyi olacaq. Bəlkə də hər kəs- elə bu tində boynunu bükən uşaq da, metroda gözlərindən yorğunluq, üst- başından köhnəlik yağan bu adam da, yastığını qucaqlayıb hər gecə hönkür- hönkür ağlayan o gözəl qız da arzusuna çatacaq. Bəlkə də afrikalı bir uşaq yeməkdən doyacaq, bəlkə də velosipedi olan uşaqları kədərlə izləyən o uşaq da velosipedə qovuşacaq, bəlkə oyuna alınmayan o sarışın uşaq da oyuna girəcək, hətta üç qol vuracaq. Bəlkə elə bütün sevgililər qovuşacaq, bütün uzaqlıqlar tarixə qarışacaq, əzizim.. Nə bilmək olar? Bəlkə tam əlini üzmüşkən xoşbəxtlik açacaq qapını, bəlkə bəxt də gözlərindən, uğur da yanaqlarından öpəcək elə. Bütün xəstələr sağalacaq bəlkə, əzizim.. Bəlkə sənin gözlərin də sevincdən parıldayacaq və mən onları barmaqlarımla örtüb, "kimdir?" deməyə qıya bilməyəcəm. Ya da bəlkə bu aramızı vurmağa çalışan şəhərə ən uzaq iki bilet alıb, hər şeydən, hər kəsdən birlikdə qaçacağıq səninlə. Bəlkə elə bu bəlkələr də sona çatacaq və hər şey dogrudan gözəlləşəcək, əzizim? Bəlkə də bir ümid var, nəfəs alırıqsa, qəlbimiz döyünürsə və əlbəttə ki, inanırıqsa..

Aziz Yaqubzade

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
566 557 442 448 482 432

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.