Xames Rodriqes "Real"dan ayrılmaq istəyir
"Real"ın yarımmüdafiəçisi Xames Rodriqes komandadan ayrılmaq istəyir.
Buna kolumbiyalı futbolçuya az oynamaq şansı verilməsi səbəb olub.
Çempionlar Liqasının "Atletiko" ilə final görüşündə ehtiyatda qalmasından narahat olan 24 yaşlı futbolçunun Madrid təmsilçisində qalmayacağı bildirilir. Onun karyerasını hansı klubda davam etdirəcəyi məlum deyil.
Qeyd edim ki, ötən mövsüm "Real"ın heyətində 26 oyuna çıxan Rodriqes 7 qol vurub və 8 məhsuldar ötürmə verib.