Esmeralda

Esmeralda Sağlamlıq 14-09-2018, 08:57

Razyananın faydaları

Razyananın faydaları


Həzm sisteminə müsbət təsir edir. Razyana yüksək miqdarda pəhriz lifi ehtiva edir. Bu liflərin ən əhəmiyyətli xüsusiyyəti həzm siteminə çox faydalı olmasıdır. Enerji reaksiyasına təkan verərək qidaların sürətli bir şəkildə molekullara bölünmələrinə imkan verir və bu vəziyyət də bədəndə həzmi asanlaşdırır.

Bununla yanaşı bağırsaq xəstəliklərinə qarşı çox təsirlidir. Xolesterola yaxşı təsir göstərir. Razyana ehtiva etdiyi zəngin liflərin köməyi ilə xolesterolun sağlam səviyyədə saxlanmasına əhəmiyyətli rol oynayır. Bunub sayəsində ürək və damar sağlamlığını qoruyur, infarkt və iflic kimi xəstəliklərə tutulma riskini azaldır.

Ürək döyüntüsünün sürətini və qanın təzyiqini nizamlayır. İnsanların gün ərzində rastlaşdığı hadisələr qarşında meydana gələn gərginliklər ürək döyünməsinə və qan təzyiqinə təsir edir. Razyana bu vəziyyətdə bədənin ən əhəmiyyətli yardımcılarındandır. Tərkibindəki zəngin kalium köməyi ilə, qan təzyiqini və ürək sürətini sağlam səviyyədə saxlamağa köməkçi olur.

Təbii antibiotikdir. Razyana, çox güclü bir antioksidant olduğu üçün çox ciddi xəstəlikləri belə müalicə etmək xüsusiyyətinə malikdir.

Bədəndə arzuolunmayan sərbəst radikalları yox etməkdən başqa, dəri və dəridə meydana gələn infeksiya xəstəliklərinə qarşı da təsirlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
623 546 539 492 545 496

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.