Esmeralda

Esmeralda Xəbərlər 14-09-2018, 10:39

Azərbaycanda DƏHŞƏTLİ OLAY: 21 yaşlı oğlanın qulağını kəsdilər - TƏFƏRRÜAT - YENİLƏNDİ

Azərbaycanda DƏHŞƏTLİ OLAY: 21 yaşlı oğlanın qulağını kəsdilər - TƏFƏRRÜAT - YENİLƏNDİ


Tovuz rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

LOADİNG.AZ publika.az-a istinadən xəbər verir ki, Alakol kəndində “Abidə” adlanan ərazidəki kafenin qarşısında kənd sakini, 42 yaşlı Azər Məmmədovla 21 yaşlı Elşən Ələsgərovun müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən hadisə mübahisə zəminində baş verib.

Belə ki, Şəmkirdən həmin kəndə köçən E.Ələsgərov yerli sakinlərin onu ələ salmasına dözməyərək mübahisə edib. Mübahisə zəminində A.Məmmədov Elşəni döyüb, həmçinin bıçaqla qulağının bir hissəsini kəsib. Buna dözməyən E.Ələsgərov evə qaçaraq bıçaq gətirib və qulağını kəsən şəxsə çoxsaylı zərbələr endirib.

Hazırda hər iki şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Həkimlər E.Ələsgərovun vəziyyətinin stabil, A.Məmmədovun isə ağır olduğunu bildiriblər.

Araşdırma aparılır.

***

Tovuz rayonunda dava olub.

Hadisə rayonun Alakol kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Ələsgərov Elşən Rövşən oğlu kənd ərazisində döyülüb.

Hadisə nəticəsində E.Ələsgərovun sağ qulağının arxa hissəsi kəsilib.

Yaralı xəstəxanaya gətirilib və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
467 460 399 388 389 424

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.