Esmeralda

Esmeralda Xəbərlər / İdman 15-09-2018, 17:22

Rafael Ağayev finala yüksəldi

Rafael Ağayev finala yüksəldi


Azərbaycanın tanınmış idmançısı Rafael Ağayev Almaniyanın paytaxtı Berlində keçirilən Karate1 Premyer Liqasında finala vəsiqə qazanıb.

Loading.az goal.az-a istinadən xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan R.Ağayev Rodriqo İbanez (İspaniya), Alton Braun (Yamayka), Ken Nişimura (Yaponiya) və Noa Biçi (Almaniya) məğlub edərək finala yüksəlib.

Onun bazar günü finaldakı rəqibi yapon idmançısı Yusey Sakiyama olacaq.

Milli komandanın digər üzvü - 60 kq çəki dərəcəsində yarışan Firdovsi Fərzəliyev Qazaxıstan təmsilçisi Kisar Alpisbayla bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Dörd rəqibindən üçünə qalib gələn İlahə Qasımova (55 kq) sonda medalçılar sırasına düşə bilməyib.

Karate1 Premyer Liqasında ikinci yarış günündə Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (hər üçü 84 kq-dan yuxarı), Roman Heydərov (kata), həmçinin Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) mübarizəyə qatılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
334 348 304 341 374 247

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.