Esmeralda

Esmeralda Sevgi / Şeirlər 16-09-2018, 21:33

Ayrı yaşamağa alışmalıyığ

Ayrı yaşamağa alışmalıyığ


Ayrıldıq sevinə bilərsən artığ
Hədər yerə özümüzü aldatdığ
Çarə bilib ayrılığa əl atdığ
Ayrı yaşamağa alışmalıyığ

Paxıl ara vurdu bitdi sevgimiz
Zamanla ağlından çıxaram təmiz
Qəbul et ayrıyığ ayrılmışıq biz
Ayrı yaşamağa alışmalıyığ

Yoxdu Məcnun kimi eşqindən ölə
Tapmadım birini dərdimi bölə
Unutmağ mümkünsüz olsa da belə
Ayrı yaşamağa alışmalıyığ

Araz yaman ağır imiş eşq yükün
Demədim halıma göz yaşı tökün
Yaşayan ölüyəm mənnən əl çəkin
Mənsiz yaşamağa alışmalıyığ.....

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
430 377 340 316 405 342

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.