Esmeralda

Esmeralda Sağlamlıq 18-09-2018, 12:00

Yuxusuz qalmağın 9 ÖLÜMCÜL FƏSADI

Yuxusuz qalmağın 9 ÖLÜMCÜL FƏSADI


Aparılan araşdırmalara görə, yetkin insanlar gündə ən az 7 yatmalıdırlar. Yaxşı və kifayət qədər yatmasanız, bunun ağır fəsadları ola bilər.

Yaddaşa və beyinə təsir edir

Gecə kifayət qədər yatmadıqda ertəsi gün konsentrasiya, fokuslanma, problem həll etmə qabiliyyətinin aşağı düşməsi və diqqət əskikliyi yaşaya bilərsiniz. Yaxşı bir yuxu zehni sağlamlıq, düşünmə və öyrənmə həvəsində əhəmiyyətli rol oynayır.

Ürəyiniz zərər görür

Bədəniniz yuxusuz qaldıqda yaşınız, çəkiniz, vərdişləriniz nə olursa-olsun, ürək və damar xəstəlikləri riski artır. Yuxu qan damarlarınızı və ürəyinizi yaxşılaşdırır, yenilənmədə həyati rol oynayır. Ürək sağlamlığınızı qorumaq üçün hər gecə ən az 6 saat yatıb dincəlməyiniz vacibdir.

İmmun sisteminiz zəifləyir

Yuxu əsnasında immun sisteminiz sizi infeksiyadan qoruyan zülallarifraz edir. İmmunitet zəiflədikdə bədəniniz hər cür virus və bakteriyaya qarşı müdafiəsiz halagəlir. Kifayət qədər yatmayan insanlar xüsusilə qrip və soyuqdəyməyə daha çox tutulur.

Depressiyaya səbəb olur

Depressiya xəstələri arasında yuxusuzluq ən böyük göstəricilərdən biridir. Əgər yuxu probleminiz varsa, təcili həkimə müraciət edin. Çünki yuxusuzluq depressiya yarada bilər.

Çəki artırır

Bədəniniz ehtiyacı olduğundan daha az yatdıqda və dincəldikdə grel hormonu istehsalı artır. Bu hormon aclıq hissi yaradır. Əgər iştahanıza nəzarət edə bilməsəniz, bu, piylənmə ilə nəticələnə bilər.Şəkər xəstəliyi riskini artırır6 saat, ya da daha az, 9 saat, ya da daha çox yatmaq şəkərli diabetin riskini artırır.

Dəriniz zərər görür

Bir gecə belə, pis yatmaq gözlərinizdə şişkinlik yaradır, gözlərin altında tünd halqalar meydana gətirir və üzünüz solğungörünür. Yuxusuz keçən gecələr nəticəsində dərinin gördüyü zərərisə qat-qat artır. Qeyri-kafi yuxudərinizin elastikliyinə birbaşa təsir edir, qırışlara və xətlərə səbəb olur.

Erkən ölümlərlə nəticələnir

Yuxu insanlar üçün nəfəs almaq qədər lazımlıdır. Qeyri-kafi yuxu 700-dən çox genetik dəyişikliyə səbəb olur və bu dəyişikliklər sağlamlığınıza ciddi ölçülərdə təsir edir. Bu da erkən ölümlərə dəvətnamə yollayır.

Cinsi impulsları öldürür

Yuxusuzluq problemi yaşayan insanlarda seksə olan maraq azalır. Kifayət qədər yatmamaq həm qadınların, həm kişilərin enerji səviyyəsinə birbaşa təsir edir, hətta gərginliyi artırır. Daha çox yuxu problemi olan kişilərdə testesteron səviyyəsi aşağı düşür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
576 586 548 571 659 507

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.