Esmeralda

Esmeralda Xəbərlər / İdman 20-09-2018, 11:30

Ronaldo qırmızı vərəqə aldı və ağladı - FOTOLAR

Ronaldo qırmızı vərəqə aldı və ağladı - FOTOLAR


İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsində “Valensiya” ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılıb.

Hakim Feliks Brix portuqaliyalını matçın 29-cu dəqiqəsində meydançadan kənarlaşdırıb.

Hakim hesab edib ki, Ronaldu meydan sahiblərinin müdafiəçisi Ceyson Murilonu üzündən vurub. Kriştianu meydançanı göz yaşları içərisində tərk edib.

Qeyd edək ki, matç “Yuventus”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər oyununda “Mançester Yunayted” səfərdə “Young Boys” komandasını 3:0 hesabı ilə məğlub edib.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 410 411 387 370 325

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.