Beynin yaşlanması prosesini dayandırmaq mümkün olacaq

Beynin yaşlanması prosesini dayandırmaq mümkün olacaq
Beynin yaşlanması prosesini dayandırmaq mümkün olacaq

ABŞ-ın Meyo klinikasının alimləri beynin qocalma prosesini dayandırmağa müvəffəq olublar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, beyin hüceyrələri bədəndə olduqları müddətdə iltihablanır və neyronların kütləvi ölümünə səbəb olur. Bütün bunlar demensiyaya gətirib çıxarır.

Təcrübə yaşlı və genetik cəhətdən modifikasiya olunmuş siçanlar üzərində aparılıb. Bu gəmiricilərdə əsəb tellərini xatırladan tau–zülalları yığılır. Bu zülallar isə altsheymer xəstəliyi zamanı əmələ gəlir.

Yaşlı CNS hüceyrələri iki növə aiddir — mikroqliya (zədələnmiş neyronları məhv edən immun hüceyrələr) və astrosit (neyronları dəstəkləyir və sinir toxumalarının böyüməsinə məsul olur). Alimlər siçanlardan yaşlanmış hüceyrələri çıxarmaqla onların ömrünü uzadıb. Bu zaman tau–zülallar sıfıra düşüb.

Mütəxəssislər bu kəşfin altsheymer və digər bənzər xəstəliklərin müalicəsində effektiv olacağını hesab edir.

"Əgər bu maddələrin sintez prosesi dayandırılsa, demensiya (yaşlanma əqli zəifliyi) yaranmasına səbəb olmayacaq. Çünki sinir hüceyrələrinin kütləvi şəkildə məhvi dayanacaq" – deyə bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
312 318 248 263 300 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.