Esmeralda

Esmeralda Texnologiya 25-09-2018, 09:14

Xiaomi Mi 8 Lite təqdim olundu

Xiaomi Mi 8 Lite təqdim olundu


Çinin "Xiaomi" şirkəti nazik çərçivəyə malik böyükölçülü displey və süni intellektə malik ikiqat əsas kamera ilə təchiz edilmiş "Mi 8 Lite" smartfonunu təqdim edib.

Loading.az ICTnews-a istinadən bildirir ki, yeni qurğu 2280x1080 piksel təsvir ölçülü 6,26 düymlük displeyə malikdir.

Yeni cihaz 2,2 QHs-dək takt tezlikli 8 hesablama nüvəli "Qualcomm Snapdragon 660" prosessoru və "Adreno 5012" qrafik sürətləndiricisi ilə təchiz edilib.

Əsas kamera 2 datçik (12 və 5 meqapiksellik), işıq diodu işıqlandırıcısı və çəkiliş səhnələrinin intellektual tanınması sisteminə malikdir. Ön kameranın təsvir ölçüsü 24 meqapiksel təşkil edir. Barmaq izlərinin skaneri mövcuddur.

Qalınlığı 7,5mm olan aparatın çəkisi 169 qr-dır. Telefon yenilənmiş "MIUI" əməliyyat sistemi əsasında işləyir. Akkumulyator batareyasının tutumu 3350 milliamper/saat təşkil edir. Əməli yaddaşın tutumu 6 QB, daxili fləş daşıyıcının tutumu 128 QB-dır. "MicroSD" yaddaş kartlarından istifadə mümkündür.

Həmçinin "Wi-Fi 802.11ac 2×2 MIMO" və "Bluetooth 5 LE" simsiz rabitə modulları, "GPS/QLONASS" qəbuledicisi və "USB Type-C" portu mövcuddur.

"Xiaomi Mi 8 Lite" smartfonu qara, mavi və qızılı rəngli korpuslarda satılacaq. Modelin qiyməti 204 dollardan başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
654 616 590 536 528 525

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.