_Yene_Tenha_

_Yene_Tenha_ İdman 25-09-2018, 19:11

Karius: "Ramos məndən üzr istəmədi"

Karius: "Ramos məndən üzr istəmədi"


İcarə əsasında "Liverpul"dan "Beşiktaş"a keçən Loris Karius ötən il Çempionlar Liqasının finalında qolla nəticələnən kobud səhvlərini xatırlayıb.

Alman qapıçı "Real"a 1:3 hesabı ilə uduzduqları görüşdə "kral klubu"nun kapitanı Serxio Ramosun ona dirsəyi ilə zərbə endirdiyini bildirib. Karius ispan futbolçunun buna görə ondan üzr belə istəmədiyini söyləyib:

"Məni bilərəkdən vurub-vurmadığını yalnız Ramos özü deyə bilər. Amma istənilən halda o, məndən üzr istəmədi. Tibbi müayinənin nəticələri də təsdiq etdi ki, həmin vaxt görmə qabiliyyətim pozulmuşdu. Çünki normal şərtlərdə mən o qolları buraxmazdım".

Qeyd edək ki, Karius qarşıdakı 2 mövsümü icarə əsasında "Beşiktaş"da keçirəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
542 462 487 491 480 510

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.