» Bağışla »

» Bağışla »
» Bağışla »




Sevdim səni... Dost olduq, çox bağlandıq bir-birimizə, sonra isə döndü bu dostluq sevgiyə... Sevdim səni... Çooox... Gözüm səndən başqasını görmədi. Amma birdən-birə səbəbsiz yerə itdi bu sevgi. Sən də mənə sevdiyini söylədin. Hər gün bir yerdə keçirdirdik günlərimizi. Bir-birimizə daha da bağlandıq. Bir gün belə ayrı qalmadıq. Xəyallar qurduq. Darıxdıq. Bir-birimizlə şən oyunlar oynadıq. Gözəl, əyləncəli, sevinc dolu günlər keçirdik. Dost kimi sirdaşlıq etdik. Hər gün bir-birimizlə danışdıq, sevindik, sevişdik. Niyə itdi bu sevgi axı? Bəlkə də birdən-birə bilmədən hər hansı səhvə yol verdim. Bəlkə də artıq bezdin deyə getdin. Bəhanələr gətirdin, nə olacağını belə düşünməyib, getdin... Amma mən səni hər zaman düşündüm. Gözüm yolunda qaldı. Gələnlər oldu, amma fikir belə vermədim onlara, çünki gözüm sənin yolunda idi. Əgər gedəcəkdinsə, bəs niyə gələcəkdən bəhs etdin? Niyə boş-boş məni uşaq kimi sevindirib, oyuncaq xəyallar düzəldib, verdin, sonra isə sanki oyuncaqlarımı alıb getdin? Xəyallarımı alıb getdin! Hər zaman gələcəyini düşünürdüm və buna görə həyatımı sanki məhv edirdim... Axı bilə-bilə ki, bu qədər pislik etdin ən xoşbəxt anımda mənim, amma mən hələ də səni sevirdim... Çünki mən sənin mənə yaşatdıqlarını yox, səninlə yaşadıqlarımızı yalnız düşünürdüm...






Bağışla sevgilim, dəyərini bilmədim...
Gedənə baxma! Yoxsa kimlərin gəldiyini görə bilmərsən...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
731 673 675 740 702 600

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.