♥ Gözlərində qeyb olmuşam ♥

♥ Gözlərində qeyb olmuşam ♥
♥ Gözlərində qeyb olmuşam ♥

İki fincan qəhfə süzdüm
Biri sənə, biri mənə
Nəlbəkiyə lokum düzdüm
Biri sənə, biri mənə


Sən bir bahar, mən bir qışam
Gözlərində qeyb olmuşam
Can, iki üzük almışam
Biri sənə, biri mənə


Külək əssin, yağış yağsın
Qar ərisin, çaylar daşsın
Sonra günəş, nurun saçsın
Biri sənə, biri mənə


Gül açılır, yanağından
Bal damlayır, dodağından
Sevinc dərim, eşq bağından
Biri sənə, biri mənə


Nə yaxşı ki, var olmusan
Toxum sərpdim, bar olmusan
Ömrümə, şərik olmusan
Sevincimə, kədərimə
Biri sənə, biri mənə


[media=https://www.youtube.com/watch?v=HVS6m93dOy8]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
401 353 346 351 384 420

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.