Esmeralda

Esmeralda Xəbərlər 26-09-2018, 17:14

İlkin Həsəni həyat yoldaşına SƏSLƏNDİ: “Bunu etsən, daha çox sevəcəm səni”

İlkin Həsəni həyat yoldaşına SƏSLƏNDİ: “Bunu etsən, daha çox sevəcəm səni”


Tanınmış aktyor və aparıcı İlkin Həsəni həyat yoldaşı Aysel Həsəninin doğum günün isntaqramda təbrik edib.

Loading.az xəbər verir ki, şəxsi həyatını mətbuatdan gizli saxlamağı sevən məşhur sosial şəbəkədə xanımı ilə şəklini paylaşıb. Televiziya ulduzu xanımına olan məhəbbətini belə ifadə edib:

“Bilirsən, xoşbəxtlik səbəbi olmayan yeganə bir duyğudur? Sevirsən - xoşbəxtsən, sevilirsən - xoşbəxtsən, yaşayırsan - xoşbəxtsən! Bilirsən necə gözəl bir hissdir həmxasiyyət olmaq? Bəli bilirsən! Bilirsən necə gözəl bir duyğudur, biləndə ki, sən səhv olanda səni başa düşəcək biri var. Sənə dəstək olan, səni sevən, sənə güvənən, sənə sən qədər yaxın olan biri! Bəli bu insan sənsən! Doğum günün mübarək ağıllım! Həll edə bilmədiyimiz cəmi bir problemimiz qalıb, diş məcununu ortadan basıb sıxmaq problemi. Onu da növbəti 26 Sentyabra kimi həll etsən, daha çox sevəcəm səni”.

Qeyd edək ki, cütlüyün nikahından Alisa adlı bir qızları var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
578 597 542 580 520 507

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.