Könül Nağıyeva Kaan Urqancioğlu ilə filmə çəkilir – FOTO

Könül Nağıyeva Kaan Urqancioğlu ilə filmə çəkilir – FOTO


Türkiyədə yaşayan və orada fəaliyyət göstərən azərbaycanlı aktrisa Könül Nağıyeva Kaan Urqancioğlu ilə dram filmində tərəf müqabili olacaq. Filmin çəkilişlərinə artıq start verilib.

Loading.az xəbər verir ki, bu barədə aktrisa isntaqramda məlumat verib. O, Kaanla şəklini paylaşaraq “Dramla başladıq, deyəsən komediya ilə bitirəcəyik”, - deyə qeyd edib

Xatırladaq ki, aktrisa bir neçə ay əvvəl Publika.az-a verdiyi müsahibəsində bildirmişdi ki, “Kara Sevda” serialında Emir rolu ilə məşhurlaşan ulduzla iki insanın böyük məhəbbət hekayəsindən danışan filmdə rol alacaq. Layihənin rejissoru “Mirvari sırğalı qız”, “Hannibal” kimi filmlərin rejissoru Piter Vebberdir. Ekran işinin çəkilişləri İstanbulda aparılır.

Qeyd edək ki, Könül Nağıyeva keçən mövsüm Türkiyənin ən reytinqli layihəsi – “Ərtoğrul Diriliş”də çəkilmişdi. O, serialda yaratdığı mükəmməl obrazı ilə yaddaşlarda iz qoya bilmişdi.

Könül Nağıyeva Kaan Urqancioğlu ilə filmə çəkilir – FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
557 553 511 562 585 428

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.