Esmeralda

Esmeralda Hekayələr 1-10-2018, 11:00

Var-dövləti ilə öyünənlərə nümunə - İBRƏT

Var-dövləti ilə öyünənlərə nümunə - İBRƏT


Qədim zamanlarda bir hökmdar var idi. Bu hökmdar çox varlı idi. O, var-dövləti ilə öyünməkdən böyük həzz alırdı. Hara getsə, öz var-dövlətindən danışırdı.

Loading.Az yeniavaz.az-a istinadən bildirir ki, hökmdarın ağıllı bir vəziri var idi. Böyük də, kiçik də onu çox sevirdi. Bir gün hökmdar vəziri ilə söhbət edəndə: "Sən dünyagörmüş bir adamsan. Hamının sənə böyük hörməti var. Bilmək istəyirəm, görəsən, mənim var-dövlətim haqqında nə düşünürsən?" - deyə soruşdu. Vəzir diqqətlə hökmdara baxıb dedi: "Fərz edək ki, ucsuz-bucaqsız bir səhradasınız. Susuzluq sizi əldən salıb. Hiss edirsiniz ki, artıq ölüm də çox uzaqda deyil. Bu vaxt sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?" Hökmdar: "Əlbəttə ki, verərəm", - deyə cavab verdi. Vəzir davam etdi: "Fərz edək ki, susuzluğunuz yenə artdı. Taqətdən düşdünüz. Yenə sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?". Hökmdar bir qədər fikirləşib: "Təbii ki, verərəm", - dedi.

Artıq son sözü demək vaxtı idi: "Madam ki belədir, onda bu var-dövlətlə öyünməyə dəyməz. Çünki onun qiyməti iki fincan sudan artıq deyil"...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
506 532 443 454 536 488

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.