Yastığımdan inciyəm...Küskünəm bu aralar

Yastığımdan inciyəm...Küskünəm bu aralar

Yastığımdan inciyəm.. Küskünəm bu aralar
Yorğunam, əksiyəm
Kimə?
Nəyə? Küsdüyümü bilmədən yaşayıram bu ara. Öz başına, təkcə xoşbəxt olmaq yalanına özümü inandıra bilmirəm artıq. Bu aralar qara buludlarım yaman çoxalıb. Günəşli günlərdən uzaq düşmüşəm. Anlıyan da yoxdu məni bilirsən?
Kimsə balaca səsini qaldırsa gözlərim dolur. Yaman dəymə düşər olmuşam bu ara. Səssizcə ağlamaq biraz çətin gəlir bir yerdən sonra. Artıq mahnılar ruhuma, qələmim dəftərimə küskün olub. Yenə payız sonra qış gələcək. Mən elə deyəsən indidən soyuqlayıb xəstə oluram. Bəlkədə də fırtına gəlir, bilmirəm. Ürəyim partlayacaq kimi hiss edirəm hərdən... axmasın deyə saxladığım göz yaşlarımdan da artıq bu xəyallarımın əlindən də bezmişəm. Yorğunam.


Muellif - Zeyneb Seidzade



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
787 922 848 779 812 726

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.